“Məhkəmə Ermənistanın Müstəqillik Aktını ləğv elədi”backend

“Məhkəmə Ermənistanın Müstəqillik Aktını ləğv elədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya məsələsinə dair protokolla bağlı qərar verib. Tribunainfo.az xəbər verir ki, İrəvan məhkəməsi imzalanmış məlum sənədi yerli konstitusiyaya zidd olmadığını bildirib.
Məhkəmənin bu açıqlamasından sonra erməni tərəfi, xüsusən də müxalif mövqelilər hay-küy salmağa başlayıblar. Konstitusiya üzrə ekspert Vardan Poqosyan bildirib ki, Ermənistan Konstitusiyasının sərhədlərin demarkasiyasının tənzimlənməsi ilə bağlı son qərarı biabırçılıqdır. “Hüquqi dildən tərcümədə Ermənistan hakimiyyəti Əliyevə mesaj göndərir ki, Ermənistan Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsinin ölkələrimiz arasında sülh müqaviləsinə əngəl törətmir. Yəni, Qarabağın Azərbaycana mənsub olması konstitusiyasına uyğundur”.
Tribunainfo.az xəbər verir ki, hHərbi ekspert Karen Vrtanesyan isə bir qədər də irəli gedərək, bu qərarla Ermənistan Konstitusiya Məhkəməsin ölkənin müstəqillik aktını ləğv etdiyini qeyd edib. “Bu mübağilə deyil, həqiqətdir”.