Xətai Rayon Məhkəməsi, “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.
Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay 7 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.