Məhkəmə Ələsgər Məmmədli ilə bağlı vəsatəti rədd etdibackend

Məhkəmə Ələsgər Məmmədli ilə bağlı vəsatəti rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, media ekspertinin vəkili seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəkil Ə.Məmmədlinin istintaqdan yayınma və tərəflərə təsiretmə fikrinin olmadığını deyərək vəsatətin təmin edilməsini xahiş edib.

Xətai Rayon Məhkəməsi qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını qeyd edib və vəsatəti rədd edib.

Qeyd edək ki, Ə. Məmmədli “Toplum TV” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.