Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun məlumatına görə, prokuror cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.
Media ekspertinin vəkili Aqil Layıc təqdimata etiraz edib, müvəkkilinin sərbəst buraxılmasını xahiş edib.

Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsaslı hesab edib.
Qərara əsasən, Ə.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.
Birazdan III Respublika Platformasının üzvü Ruslan İzzətlinin də həbs müddətinin  uzadılması ilə bağlı təqdimata baxılacaq.
Qeyd edək ki, Ə.Məmmədli və R.İzzətli qaçaqmalçılıqda ittiham olunurlar.