Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.
Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, hənin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.










