Məhkəmə Aydın Talıbovun rəhbərlik etdiyi qrupa daxil olan şirkətin şikayətini təmin etmədi

Məhkəmə Aydın Talıbovun rəhbərlik etdiyi qrupa daxil olan şirkətin şikayətini təmin etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən barəsində tərtib edilən inzibati protokoldan verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.İbrahimovun şikayəti təmin edilməyib və əvvəlki qərar qüvvədə saxlanılıb. O, DƏMX-in tərtib etdiyi cəriməni ödəməyə məcbur edilib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti protokolu İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. R.İbrahimov isə protokoldan Nəsimi Rayon Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, R.İbrahimov 2020-ci ilin dekabr ayından “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri vəzifəsində çalışır. 2014-2020-ci illərdə isə şirkətdə müxtəlif vəzifələrdə işləyib. Əmək fəaliyyətinə isə 2004–cü ildə “Veysəloğlu” şirkətində başlayıb.