Bakı Apellyasiya Məhkəməsinin 4 şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hüseynov Azər Həsən oğlu Qarabağ “İnşaat” MMC, “Supersement” QSC, “Lidersement” QSC və “Caspian Energy Group” MMC və digər xırda şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, ümumilikdə 300 min manatlıq dələduzluqda ittiham edilib.
Eyni zamanda A.Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.