Məhkəmə 1 milyon manatı ələ keçirən biznesmenlə bağlı qərar verdi

Məhkəmə 1 milyon manatı ələ keçirən biznesmenlə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədovun kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əsədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd: Araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyyat hissələrin satışı ilə məşğul olub. Onun orada bir neçə mağazası var imiş. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri 1 milyon manata yaxın olan ehtiyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb. Gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.