Məhərrəm ayında toy etmək olmaz? — VİDEO

Məhərrəm ayında toy etmək olmaz? — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hicri-qəməri təqvimi ilə iyulun 7-dən dünya müsəlmanlarının bir qismi üçün məhərrəm ayı başlayıb.

Ölkəmizdə də vətəndaşlarımızın bir hissəsi bu ayı məhz matəm hesab etdiyi üçün toy, nişan kimi məclislər etməkdən imtina edir.

Bəzisi bu ayda toy-büsat etməyi adi hal hesab etsə də, məhərrəm ayında şadlıq saraylarında durğunluq müşahidə edilir.

Şadlıq evinin inzibatçısının sözlərinə görə, vətəndaşların bir çoxu bu ayda nəinki toy etmək, hətta toyun vaxtını belə danışmağın uğursuzluq gətirəcəyini düşünür.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Samid Quliyev bildirib ki, islam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb:

“İslamda hər hansı bir gün yoxdur ki, həmin gündə toy etmək, şənlik keçirmək qadağan edilsin”.