Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevin ailə biznesinə əl qoyula bilər. Tribunainfo.az-a verilən xəbərə görə, onun qızı Kamilə Əliyevanın iki şirkətinin gələcəyi sual altındadır. Onlardan biri “İnfonet” MMC, digəri “Kaspian Telekom” MMC-dir. Bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub.
“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb. Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir.
“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərində əhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir.
Son hadisələrdən sonra, TŞ üzvü Mehdiyevə cinayət işi açıldığı xəbəri yayılmasının ardınca onun qızının şirkətləri əlindən alına bilər. Çünki bu şirkətləri necə qurması, gəlir deklorasiyası tələb olunacaq. Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Kafedra müdiri bu şirkətləri necə yarada bilib? Sual ritorikdir, ona görə də prosesin davamı qaçılmazdır…
Nəsir Şakirli