Prezidenti Adminstrasiyasın keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Yuriyevnaya məxsus şirkət 2023-cü ildən bu yana vergi borcunu ödəyə bilmir.
Tribunainfo.az Qaynarinfo-a istiandən xəbər verir ki, söhbət “Fireland Vineyards” şirkətindən gedir.
2022-ci ilin məlumatlarına görə, şirkətin 440 963, 2 manat vergi borcu olub. Maraqlıdır ki, bu borc şirkətin fəaliyyətindən 1 il ötdükdən sonra, yəni, 2008-ci ildə yaranıb. 2023-cü ilədək məbləğ sabit qalıb. Həmin il isə şirkətin vergi borcu 125 602,38 manata endirilib. Hazırda borc 25 068, 82 manat təşkil edir.
Göründüyü kimi, üzərindən illər keçsə də, borc hələ də tam ödənilməyib.
“Fireland Vineyards” MMC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır.
Şərab istehsalçısı olan şirkət xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.