Ramiz Mehdiyevin ölməsinə, yaxud öldürülməsinə imkan verməyin.
Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov bildirib. O bu xahişi Mehdiyevin işi ilə məşğul olan rəsmilərdən edib:
“Ramiz Mehdiyev haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Mənim və məni kimi minlərlə bu Vətənə xidmət edənlərin həyatını cəhənnəmə çevirən bu şəxsə bu gün ancaq can sağlığı arzulayıram ki, o özü kimilərin, ona qulluq edənlərin hamısının adını deyə bilsin, illərlə bu Xalqın çörəyini yeyib ona da düşmənçilik edənlərin hamısını Xalq tanısın. İnanın ki, onların sırasında çoxlarının ağıllarına gətirmədiyi şəxslər olacaq.
Vətən xainləri, bilin ki, bu dünyadan başqalarına yaşatdığınızı yaşamamış getdi yoxdur.
Ramiz Mehdiyev işi ilə məşğul olan rəsmilərdən də xahişim doru ki, onun ölməsinə, yaxud öldürülməsinə imkan verməyin”.
Gülşən Rəsul