Mehdiyevin oğlu da ev dustağı edildi: Ölkədən çıxışına da qadağa qoyulub

Mehdiyevin oğlu da ev dustağı edildi: Ölkədən çıxışına da qadağa qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev vəzifəsindən azad edilib.

Tribunainfo.az xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini olan general Mehdiyevin işdən çıxarılması səbəb bəllidir.
Belə ki, onun atası faktiki olaraq Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunur. Bununla əlaqədar açılmış cinayət işində əsas fiqurdur. Həmçinin ona ev dustaqlığı da verilib.
Maraqlıdır ki, dünən işdən çıxarılan Timur Mehdiyevə də ev dustaqlığı verilib. Tribunainfo.az xəbər verir ki, bu dəfə onunla bağlı məhkəmə qərarı çıxarılmayıb. Qeyri-rəsmi xəbərdarlıq edilib ki, yaşadığı evindən kənara çıxmasın.
Bu adımın hansı səbəbdən atılmasını Tribunainfo.az-a şərh edən müşahidəçilər bildirirlər ki, Timur Mehdiyevin də atasının planının bir hissəsi olması ehtimalları var. Eyni zamanda, onun informasiya daşıyan, habelə planın icraçılarından biri ola bilər. Onlar hesab edirlər ki, bunun qarşısını almaq üçün analoji addım atıla bilər.
Qeyd edək ki, rəsmi qaynaqlar bu məsələ ilə bağlı hələ ki, hər hansı məlumat yaymayıblar.

Fərda Uğur