“Mehdiyevin həyatı plagiat olub” – Əvəz Zeynallı

“Mehdiyevin həyatı plagiat olub” – Əvəz Zeynallı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mehdiyev on illərlə Prezident Administrasiyasında, AMEA-da, Elmlər Akademiyasında yüzlərlə sənəd, şəxsi qeydlər, arxivlər toplayıb.

“Akademikin mirası” elmi və siyasi ideologiyası yavaş-yavaş silinir. Akademik titullar uzun illər dövlət idarəçiliyində legitimlik simvolu idi. Artıq akademik statuslar dövlət idarəçiliyində əvvəlki qədər çəkisi olmayan simvollara çevrilib. Mehdiyev və onun kimilər artıq dövlət və elmi idarəetmənin dayaqları sayılmır.

Bu arxiv indi haradadır?

Mehdiyevin şəxsi elmi fonduna daxil olan materialların bir hissəsi dövlət arxivinəmi, yoxsa özəl fondlara ötürülür?

Məsələ ilə bağlı Tribuna İnformasiya Agentliyinə açıqlama verən tənqidçi, araşdırmacı jurnalist, publisist Əvəz Zeynallı bildirib ki, Mehdiyevin akademik titulları, hansısa arxivi, onun şəxsi elmi fonduna daxil olan materialların dövlət arxivinəmi və ya özəl fondlara ötürüldüyü haqqında sual mənə çox maraqlı gəldi.

Ə. Zeynallının sözlərinə görə, Mehdiyev Azərbaycanın ən bisavad akademiklərindən biri olub. Heç bir əsəri özü yazmayıb. Onun daim qulluğunda duran alim-professor heyəti olub. Nökər, qul kimi bu millətin ziyalılarını işlədib. Ramiz Mehdiyev bu millətin qənimi olub.

“Bu adamın hansı özəl arxivi ola bilər?!”

“Mehdiyevin Azərbaycanı satma fonduna, ölkədə cəsusluq şəbəkəsi qurma fonduna, ölkənin qiymətli adamlarını öldürmək, çürütmək, həbsxanalarda uzun illər həbs yatmalarına məcbur olma hərəkətlərinin bir hesabı ola bilər”, – Ə. Zeynallı vurğulayıb.

Publisist qeyd edib ki, onun elmi fond adında heç bir şeyi yoxdur. Onun bütün əsərləri plagiatdır. Hamısı oğurluqdur. Bir az keçsin, onları yazan adamlar hamısı çıxıb neçiyə, niyə yazdığını açıqlayacaqlar. Nəyin qarşılığında yazıblar açıqlayacaqlar. Mehdiyev bu ölkənin ən amansız, ən vicdansız, ən qəddar dövlət məmurlarından biridir. Azərbaycan tarixinə hələ beləsi gəlməyib. Mehdiyev “Şöklü qara Məlikdir”.
İndi, düzdür, müəyyən medialar Mehdiyevlə bağlı yarışa giriblər, onu vurmaq üçün, haqqında müəyyən materiallar dərc etmək üçün. Güman ki, mən bu haqda danışacağam. Çünki mən 2011-2012-2013-cü illərdə Mehdiyevin dustağı olaraq Ağır Cinayətlər Məhkəməsi prosedurundan keçmişəm. O zaman bu gün Mehdiyevi söyən, bizim bu dostlar, media dediyimiz adamların heç biri Ramiz Mehdiyevin qorxusundan məhkəməyə gəlmədi. Heç bizim informasiyalarımızı da işıqlandırmadılar. Mehdiyev şər ocağı, bir amansızlıq budağı, millətin düşməni kimi yüzlərlə, minlərlə fakt var. Əlimdən gələn qədər mən bu barədə “Xural” qəzetində dərc etmişəm. Və buna görə də onun qəzəbinə tuş gəlmişəm. 2011-ci ildə də buna görə o, məni həbs etdirib. 2022-ci ildə də onların əli var idi. O şəbəkə getməyib ki. Bir Mehdiyev gedir, o biri Mehdiyev gəlir. Bu millətin elmi fonduna onun heç bir qatqısı ola bilməz”.

 

Dəniz Pənahova