Mehdiyevin dezinformasiya dalğası: “Əlimdə səs yazıları var”

Mehdiyevin dezinformasiya dalğası: “Əlimdə səs yazıları var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə Ramiz Mehdiyevin adından yayılan paylaşım ciddi müzakirələrə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, məlumatda bir sıra tanınmış deputatların, keçmiş məmurların, partiya sədrlərinin və media nümayəndələrinin adları çəkilərək onlara qarşı iddialar irəli sürülüb.

Belə ki, R. Mehdiyevin adından sosial şəbəkələrdə yayılan və bir çox media qurumunun da həmin paylaşdığı xəbərdə deyilir:

“Dünənə qədər mənə ata deyənlər bu gün üzümə durur. Amma unudublar ki, əlimdə olanları paylaşsam, bir dəqiqə belə indiki vəzifələrində qala bilməyəcəklər. Adını çəkdiyim şəxslər yanımda nə dediklərini unutmasınlar. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri, siyasi politoloqlar, keçmiş məmurlar, partiya rəhbərləri və media nümayəndələri unutmasınlar ki, proseslər bu cür davam edəcəyi təqdirdə, əlimdə olan video görüntüləri və səs yazılarını yayacağam. Aşağıda adını çəkdiklərim diqqətli olsunlar. Fəzail Ağamalı və deputat etdiyi qızı Günay Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, Hacıbala Abutalıbov, Maksim Musayev, Tural Abbaslı, Arzuxan Əlizadə, Elşad Musayev, Cahandar Bayoğlu, Rauf Arifoğlu və Bəxtiyar Sadıqov”.

Tribunainfo.az-ın araşdırmasına görə, bu paylaşımı yayan şəxslər Avropada oturub yalan məlumat yayaraq cəmiyyəti aldadanlardır. Mehdiyevin adından yazılan yuxarıdakı siyahı, illər öncəyə aiddir. Bu cür dezinformasiya paylaşımları cəmiyyətdə çaşqınlıq yaradır.

Həmkarları məlumat paylaşmazdan öncə mənbəni yoxlamağa, xüsusilə sosial şəbəkə postlarına istinad edərkən ehtiyatlı olmağa səsləyirik!

Dəniz Pənahova