Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılsa da, AMEA-dan uzaqlaşmırdı. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqda məlumat yayıldı.xəbər Tribuna verir ki, bu barədə APA-nın yaydığı “Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?” məqaləsində bildirilib.

“AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə – Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib”, – məqalədə vurğulanıb.