“Sumqayıt” sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Sabah”ı qəbul edəcək. VİP loja istisna olmaqla qalan bütün yerlər üçün biletlərin qiyməti 1 manatdı.
Bəs standart qiymət müəyyənləşdirilməsinin bilet satışına müsbət mənada təsiri olubmu? Bu sualı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq:
“Bəli, satışa təsiri var. Təəssüf ki, kəskin hava şəraiti buna mane olur. Qar hələ də davam edir. Artıq 1500 bilet satılıb. Mehdi Hüseynzadə adına şəhər stadionu üç dəfə 10 min azarkeş görüb. Son vaxtlar soyuq hava fonunda müşahidə olunan az azarkeş tendensiyasından fərqli bu dəfə nisbətən hərəkətlilik var. Sabah da oyun saatına qədər satışlarımızın yaxşı olacağını ümid edirəm. Futbolçularımız dolu tribunalar qarşısında oynayarlar”.
Xatırladaq ki, bu gün “Sabah” “Sumqayıt”ın qonağı olacaq. Oyun saat 19:30-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
27 fevral
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu