“2020-ci il müharibəsində olduğu kimi, “yerdə” elə proseslərə başlaya bilər ki, hər şey təkcə bir şəhər və ya dəhlizlə məhdudlaşmayacaq”. Tribunainfo.az xəbər verir ki, bu sözlər erməni politoloq Beniamin Matevosyana məxsudur.
O qeyd edib ki, baş verəcək hadisələr Ermənistanın İranla sərhədin tamamilə itirilməsinə gətirib çıxara bilər.
Erməni ekspert onu da deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Meğri məsələsini məqsədli şəkildə ortaya atıb. “Paşinyan Meğrini verməklə, prosesi yekunlaşdırmaq, İran problemindən uzaq durmaq istəyir”