backend

Məğlub Klintonu TANIMAYACAQSIZ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

TİA.AZ AzVision.az -a istinadən xəbər verir ki, Vaşinqtonda “Uşaqların müdafiə fondu”nun yığıncağında çıxış edən Klinton evdən bayıra çıxmaq istəmədiyini deyib.

“Son həftə ərzində yaxşı bir kitabla, saxladığımız itlərlə qaydaya düşmək və daha heç vaxt evdən bayıra çıxmamaq istəyirdim”, – deyə Klinton bildirib. 

Lakin bir sıra ekspertlər Hillarinin zahiri görüşündə yaranan problemlərə diqqət çəkib. Görünür bu prezident seçkilərində məğlubiyyətin və bundan sonra yaşanan stressin nəticəsidir. Bundan əlavə, Hillarinin möhtəşəm makiyajdan əsər-əlamət qalmayıb.
Seçkiqabağı kampaniya zamanı Klintonun makiyajını ABŞ-ın ən yaxşı vizajistlərindən biri Kriss Blevens edirdi. Blevens xüsusi olaraq Hillari üçün üç rəng tonunu birləşdirərək onun dodaqlarına yaraşan və gözlərinin rəngi ilə üst-üstə düşən eksklüziv rəng tonu yaradıb. Stilist Hillarinin gözlərini model və məşhurların sevimli sirri olan “Smokey eye” makiyajı ilə vurğulayıb. Kriss tonal kremə xüsusi diqqət yetirərək 69 yaşlı Hillari Klintonun sözün əsl mənasında parıldayır və öz yaşından xeyli cavan görünürdü.

Lakin ötən gün keçirilən mərasim vaxtı bunların heç biri yox idi: Hillari bura makiyajsız gəlmişdi və mərasimdə 70 yaşlı xanım kimi görünürdü.

Klinton mərasimdə öz saçlarını belə əl gəzdirməmişdi. Lakin əvvəllər o hər görüşdən əvvəl Nyu-Yorkun ən məşhur ən məşhur salonunda birində saçlarını qaydaya salırdı. “Daily Mail”-in məlumatına görə Klinton hər dəfə Con Barretin salonunda öz saçlarının formaya salınmasına 600 dollar xərcləyib.

Görünür seçkiqabağı kampaniya zamanı Klintonun aldığı bahalı eleqant kostyumlar da görünür bundan sonra şkafda tozlanacaq. Uşaq Fondunda keçirilən gecəyə Klinton aksessuarlarsız və bər-bəzəksiz gəlib. Onun partiyası xüsusi olaraq Hillari üçün ABŞ-ın ən məşhur jurnallarından biri “Vogue-un baş redaktoru Anna Vinturu bu işə cəlb etmişdi. Siyasi rəqibləri onu tənqid etdiyi üçün Klinton stilistin köməyinə müraciət etməli olub. Bu ilin aprel ayında Hillarinin seçiciləri ilə görüşə bahalı paltoda gəlməsi qalmaqla səbəb olmuşdu. Onun rəqiblərinin sözlərinə görə, Klintonun paltosu məşhur moda evi olan “Armani”dən olub və onun dəyəri 12 500 dollar təşkil edib. Vəziyyəti pisləşdirən məqam isə onun belə bahalı paltarda tribunada sosial bərabərlik və işsizlikdən danışması olub. “O doğurdan da yoxsulluq haqqında hər şeyi bilir?”, – deyə ABŞ KİV-i yazırdı. Stilist Petsi Sissneros “The New York Post” nəşrinə bildirib ki, Klinton öz qarderobunun yenilənməsinə ən azı 200 min dollar xərcləyib.

Palto ilə bağlı qalmaqaldan sonra Hillari moda aləmində bir nömrə olan Anna Vinturu işə götürdü. Həmin vaxt Anna qərar verdi ki, Hillari seçicilərlə görüşə yalnız ABŞ dizaynerlərinin yaratdığı, orta təbəqənin ala biləcəyi geyimlərlə çıxıb.