backend

Medvedyevdən Binəli Yıldırıma təşəkkür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı baş tutub. 

Türkiyə Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı baş tutub.

TİA.AZ xəbər verir ki, bu barədə Türkiyə Baş nazirliyi məlumat yayıb.

Yerli vaxtla 19:00-da baş tutan əlaqədə Yıldırım rus gəmisinin batmasına görə təəssüfləndiyini həmkarının diqqətinə çatdırıb.

Türk nazir gəminin şəxsi heyətinin durumu barədə də məlumat verib.

Medvedyev də öz növbəsində 78 nəfərlik şəxsi heyətin xilas edilməsinə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.

Qeyd edək ki, hadisə baş verən anlarda da tərəflər telefon əlaqəsi saxlamışdı.

Xatırladaq ki, 1970-ci il istehsalı olan “Liman” hərbi kəşfiyyat gəmisi bu gün günorta saatlarında İstanbul yaxınlığında yük gəmisi ilə toqquşduqdan sonra batıb.

78 nəfərlik şəxsi heyət türk dənizçiləri tərəfindən xilas edilib.