Medvedev: “Rusiyaya müharibə elan etdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş naziri Dmitri Medvedev ABŞ-ın yeni sanksiyalarla Rusiyaya qarşı ticarət savaşı elan etdiyini deyib. 

Rusiyanın Baş naziri Dmitri Medvedev ABŞ-ın yeni sanksiyalarla Rusiyaya qarşı ticarət savaşı elan etdiyini deyib.


TİA.AZ xəbər verir ki, baş nazir yeni sanksiyalar layihəsinin ABŞ prezidenti tərəfindən imzalanmasının bir neçə nəticəsi olduğunu bildirib:

“İlkin olaraq ABŞ-la Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması ümidi artıq tarixə qovuşdu.

İkincisi, D.Tramp icra səlahiyyətlərini ən alçaq formada konqresə verməklə gücsüzlüyünü sərgilədi. Bu isə ABŞ siyasətindəki güc balansını dəyişdirdi”.

Qeyd edək ki, ABŞ konqresi Rusiyanın ölkədəki prezident seçkilərinə müdaxilə etmək iddiaları səbəbilə rəsmi Moskvaya sanksiyalar tətbiq etmək üçün qanun layihəsini təsdiq etdi. Prezident Donald Tramp da layihəyə müxalif çıxmasına baxmayaraq, imza atdı.