Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabından verdiyi açıqlamada “NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu olarsa, nüvə silahından istifadə etməli olacağıq” deyib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Moskvaya pilotsuz təyyarələrlə hücumundan sonra nüvə silahı ilə bağlı qorxulu açıqlama verib.
Medvedev sosial media hesabından verdiyi açıqlamada “Təsəvvür edin ki, NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu alındı və torpaqlarımızın bir hissəsi işğal olundu. O zaman biz Rusiya prezidentinin fərmanının müddəalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq”, – deyə o bildirib.
Başqa çarə olmadığını bildirən Medvedev, “Düşmənlərimiz dua etməlidir ki, dünya nüvə alovlarına bürünməsin” bildirib.