“Medistyle” klinikası cərimələndi… Sabah məhkəmədirbackend

“Medistyle” klinikası cərimələndi… Sabah məhkəmədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medistyle” klinikası barəsində inzibati xəta haqqqında icraat başladılıb. Sabah Bakı Apellyasiya Məhkəməsində klinikanın işinə baxılacaq.Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Medistyle” klinikası İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları leyhinə olan maddəsinin tələbini pozub.

Belə ki, tələbi pozulan 347-ci maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İşə sabah, 25 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim
Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilmsəməsiHüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə[309] –

vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.