“Medicare” ölüm faktı ilə gündəmdə – Foto

“Medicare” ölüm faktı ilə gündəmdə – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunda yerləşən “Medicare” klinikası növbəti dəfə pasient ölümü ilə gündəmə gəlib. Ancaq klinika rəhbərliyi bu kimi hallarda medianın gündəminə düşməyi reklam hesab edir. Klinikanın sosial şəbəkə hesablarındakı paylaşımlarından bu qənaətə gəlmək mümkündür. “Medicare”nin Facebookdakı rəsmi səhifəsinin hekayə bölümündə etdiyi paylaşım ikrah hissi oyadıb:

“Hər bir antireklam bizim üçün reklamdır”.

Görünür, “Medicare” baş vermiş ölüm faktı ilə bağlı mətbuatda adlarının tez-tez hallanmasını özləri üçün reklam hesab edirlər.

Tribunainfo.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın 2023-cü ilin dekabrnda sözügedən klinikada keçiridiyi plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi klinikada baş verən ilk hadisə deyil. Belə ki, 2023-cü ilin may ayında da iki uşaq anası 23 yaşlı Arzu Əzimova da “Medicare” özəl klinikasında keçirdiyi rinoplastika əməliyyatından sonra komaya düşmüş, 5 gün komada qaldıqdan sonra dünyasını dəyişmişdi.
Bu, sözügedən klinikada bir il ərzində plastik əməliyyat sonrası baş verən ikinci ölüm faktıdır.
Baş vermiş sonuncu ölüm faktı ilə bağlı artıq Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Səhiyyə Nazirliyi də faktdan sonra “Medicare” klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə klinika özü də sosial şəbəkə hesablarında məlumat paylaşıb. Ancaq klinika bu dəfə də aparılan araşdırmaları yenilənmə kimi qələmə veriblər. Bu barədə paylaşım da ediblər:

“Hörmətli “Medicare” klinikasının izləyiciləri, Klinika Tibbi profilaktika işləri səbəbi ilə müvəqqəti olaraq bağlıdır”.

Baş vermiş ölüm faktları qarşısında klinikanın bu qədər soyuqqanlılığı, vecsiz münasibəti ikrah hissi oyadır.