“Medicare Klinikası” 30 min manat cərimələndi – SƏBƏB

“Medicare Klinikası” 30 min manat cərimələndi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medicare Klinikası” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib. Lisenziyasız fəaliyyətə görə klinika 30 min cərimə ödəməli olacaq.

Tribunainfo.az xəbər verir ki, sözügedən klinika bu dəfə də İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 210.1-ci bəndini pozub. Tələbi pozulan maddəyə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

“Medicare Klinikası”nın işinə 3 may tarixində Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Roman