MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın İnkişafı Agentliyi Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər üçün yeni müsabiqə elan edib.

Tribuna xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən qəzet redaksiyaları müraciət və tələb olunan sənədləri elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim etməlidirlər.

Müsabiqənin yekununda qalib elan edilən qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq. Müqavilə 6 ay müddətində qüvvədə olacaq.

Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək. Bu məqsədlə qalib qəzetlərə aylıq 5000 manat məbləğində vəsait ayrılacaq.
Bundan əlavə, qəzetin eyniadlı veb-saytına da aylıq 3000 manat məbləğində maliyyə dəstəyi veriləcək. Əgər saytın əsaslı yenilənməsi planlaşdırılırsa, ilk ay üçün bu məbləğ 5000 manat olacaq.

Müsabiqəyə müraciətlər 26 noyabr 2025-ci il saat 18:00-dək qəbul olunur.