Mətbuatın gündəminə qalmaqallarla düşən “Medera Hospital” ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, klinikanın İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozduyğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, bu məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
“Medera Hospital”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 24 oktyabr tarixində hakim Aygün Qurbanovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Medera Hospital” sonuncu dəfə Xalq artisti Ağadadaş Ağayevlə bağlı yaranmış problemlə gündəmə gəlmişdi. İyul ayında A.Ağayev mübahisə etdiyi klinikanın mühafizəçisinə balta atmışdı. Klinikanın mühafizəçisi isə Xalq artistini döymüşdü.
Xatırladq ki, “Medera Hospital”ın direktoru uzman doktor İbrahim Əliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar