“Medera Hospital” 25 min manat cərimələnə bilər – SƏBƏB

“Medera Hospital” 25 min manat cərimələnə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medera Hospital”la bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, hospital İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Medera Hospital”la bağlı işə 22 yanvar tarixində Binəqədi rayon Məhkəsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən