Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ötən ilin iyununda Şabran rayonu ərazisində “Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.
Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb.
A. Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət şöbəsinin bədii rəhbəridir.