Mədəniyyət sahəsində tenderlərin auditinə başlanılır – RƏSMİ

Mədəniyyət sahəsində tenderlərin auditinə başlanılır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cari ildə mədəniyyət sahəsində dövlət satınalmalarının auditi ilə bağlı nəzarət tədbiri planlaşdırmışıq”.
Tribunainfo.az -ın xəbərinə görə, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“Bildiyimiz kimi “Ortamüddətli xərclər çərçivəsi” pilot layihə kimi tətbiq edilir. 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy verilərkən bu pilot layihənin təhsillə yanaşı, ekologiya və kənd təsərrüfatında icra vəziyyəti ilə bağlı öz təhlillərimizi təqdim edəcəyik”, – o əlavə edib.

İqtisadiyyat.az