Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-nin iş yükü analizinin aparılması, mövcud ştat və strukturların iş yükü analizinə və beynəlxalq təcrübələrə uyğunlaşdırılması, əməkdaşların karyera inkişafının təmin edilməsi ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Tribunainfo.az pravda.az-a istinadən xəbər verir ki, qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.
Səbəb açıqlanmayıb.
Tenderin dəyəri 288 952 AZN olub.