Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Əsaslı Tikinti və Təchizat MMC-nin keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, Hökümət Evinin binasının müxtəlif mərtəbələrində yerləşən Mədəniyyət Nazirliyinin otaqlarının cari təmir işlərinin satın alınması prosesinə icaazə verilməyib. O da vurğulanır ki, həmin təmir işləri üçün 124 min 641 manat ayrılması nəzərədə tutulubmuş.
Tenderin ləğvinin səbəbi kimi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması göstərilir. Qeyd edilir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Fərda Uğur