Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək

Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC “Səsyazma evi”ndə daimi məşqlərin keçirilməsi üçün məşq zalından istifadə, kitabxana və notlarla təminedilmə, məşq zamanı not dayaqları və səs avadanlıqları, əsərlərin yüksək keyfiyyətdə səsyazısı, peşəkar səviyyədə montaj, miks və mastering xidmətlərinə 28 320 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, xidməti “Azərbaycan Televiziya Və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti göstərəcək.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.