“Mədəniyyət” kanalından Mikayıl Müşfiqə hörmətsizlik – Fotobackend

“Mədəniyyət” kanalından Mikayıl Müşfiqə hörmətsizlik – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziyaları doldurublar diletantlarla. Deyəndə də xətirlərinə dəyir, inciyirlər. “Mədəniyyət” kanalı guya Mikayıl Müşfiqin anım günündən reportaj hazırlayıb, başlığa da bu misranı qoyub: Məni gözəl xatırla… Müşfiqin 5-6 şeirini oxuyan istənilən bədii duyumu ortabab 11-ci sinif şagirdi bilər ki, bu misralarla başlayan şeir Müşfiqə aid deyil.

Tribunainfo.az xəbər verir ki, bu sözləri şair Şəhriyar Del Gərani sosial şəbəkə hesabında yazıb. Şair bildirib ki, bu səhv ölkənin yeganə mədəniyyət kanalı adına utancdır:

“Sosial şəbəkələrdə “Beni güzel hatırla” şeiri Orxan Vəlinin də adından yayımlandı. Sonra məlum oldu ki, belə miyanə şeiri Orxan Vəli kimi usta qələm adamı yazmaz. Daha sonra da şeirin gerçək müəllifi çıxdı ortaya – Okan Savcı adında bir gənc. Sözüm onda deyil. Dediyim bu, məgər yetim Müfiqin özünün bir misrasını tapmaq çətindirmi ki, götürüb başqa bir müəllifin misrasıyla xatırlayırlar? Özü də harda? Ölkənin yeganə mədəniyyət kanalı adına bir ünvanda. Nə bilim. Ustad Şəhriyar demiş, “Bizdən qabaqdadı avropalılar, işi işbilənə tapşırır onlar…” Görünür bu gedişlə bəlalarımız hələ qabaqdadır…”.

Nigar