Kırıkkaledə uzun müddətdir qarın ağrısından şikayət edən 38 yaşlı Əzize Bayraktarın qarnından təxminən 5 kiloqram 40 santimetr uzunluğunda mioma (uşaqlığın içərisində inkişaf edən xoşxassəli şiş) əmələ gəlib.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, xəstəliyi ilə əlaqədar olaraq ginekoloq Prof. Dr. Yavuz Şimşəkə müraciət edən Bayraktarın ultrasəs və MRT nəticələrində uşaqlıq yolundan çıxan böyük bir kütlə aşkarlanıb. Ankarada özəl xəstəxanada 6 gün əvvəl həyata keçirilən əməliyyatda Bayraktarın uşaqlığı və yumurtalıqları qorunub və kütlə çıxarılıb.