Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa yoluxub.
Tribunainfo.az-ın ”PostMedia”ya istinadən məlumatına görə, bu səbəbədən nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak etməyib.
Xatırladaq ki, bu gündən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri fəaliyyətə başlayıb.