Məcburi köçkünlər bu əraziyə KÖÇÜRÜLÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Energetika” pansionatının qəzalı vəziyyətdə olduğunu, bina sakinlərinin isə Fövqəladə Hallar Nazirliyinin təmin etdiyi xüsusi çadırlarda məskunlaşdığı barədə məlumat vermişdik.  Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Energetika” pansionatının qəzalı vəziyyətdə olduğunu, bina sakinlərinin isə Fövqəladə Hallar Nazirliyinin təmin etdiyi xüsusi çadırlarda məskunlaşdığı barədə məlumat vermişdik.

TİA.AZ  BİG.AZ-A istinadən xəbər verir ki, müvəqqəti olaraq çadırlarda məskunlaşan məcburi köçkünlərin bir qismi nəhayət ki, Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş binaya köçürülüb.
Sakinlərin verdiyi məlumata görə çadırda məskunlaşan digər qism məcburi köçkünlər isə yaxın günlərdə köçürüləcək: “Binamız uzun müddətdir ki, yararsız vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi bizi xüsusi çadırlarla təmin etsələr də qışda, soyuqda çadırda qalmaq mümkün deyildi. Masazırda məcburi köçkünlər üçün evlər tikilib. Bir qism köçkünlər oraya köçürüldü, digər qism isə bir neçə günə köçürüləcək. Hələ ki, yeni evin necə olduğunu bilmirik. Ümidvarıq ki, daha yaxşı şərait qurulub bizlər üçün”.

Qeyd edək ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub.