Məcburi köçkün kolbasa sexinə verdiyi ətin pulunu ala bilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda məskunlaşan Lacın rayonundan olan məcburi köckün Əziz Əzizov iki il müddətində Bakıda yerləşən kolbasa sexlərindən birinə tonlarla mal əti verib, amma indiyə kimi pulunu ala bilmir.

TİA.AZ xezerxeber.az-a istinadən bildirir ki, Əziz Əzizov deyir ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən ” Lider ” adlı kolbasa sexinə 2 il ərzində verdiyi ətin çəkisi 40 tona çatıb. Əvvəlcə sex rəhbərliyi bildirib ki, pul hissə-hissə ödəniləcək.
Əziz Əzizov iddia edir ki, ” Lider ” kolbasa sexinin ona bu ödənişlərdən sonra 15 200 manat borcu qalıb. O, pulu hissə- hissə almaga razı olsa da, hazırda sexdən ona pul ödənilmir.
” Lider ” şirkətinin təsisçisi Lalə Əliyeva isə “Xəzər Xəbər”ə fərqli münasibət bildirib. O deyib ki, şirkətə əti Əziz Əzizov yox, tanışı Namiq adlı şəxsin atası satıb. Sonradan həmin kişi dünyasını dəyişdiyindən satış iş ilə Namiq özü məşgul olmaga başlayıb. Həmin müddətdə şirkətin direktoru Zöhrab adlı şəxs olub. Zöhrabla Namiq əlbir olaraq şirkətin pulunu mənimsəyiblər. Bu iş ortaya çıxandan sonra isə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmadan sonra Əziz Əzizova pulun verilməsi dayandırılıb.
Halbuki zərərçəkən Əziz Əzizov deyir ki, o, şirkətin təsisçisi Lalə Əliyeva ilə bir neçə dəfə görüşüb və pulun kiçik bir qısmı ona ödənilib. Bundan sonra isə onun şirkət rəhbərliyi ilə dəfələrlə görüşmə cəhdləri boşa çıxıb.