Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Beləliklə, ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılıb.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.