Mebel satışı ilə məşğul olan şirkəti cərimə gözləyir

Mebel satışı ilə məşğul olan şirkəti cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Panarea” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın icraatındadır.

 

Qeyd: Şirkət mebel satışı ilə məşğuldur.