Nərimanov rayon ərazidinə fəaliyyət göstərən “MDT Dental” klinikası lisenziyadan kənar fəaliyyətlə məşğul olduğu üçün cərimələnib.
Tribunainfo.az xəbər verir ki, sözgüedən diş klinikasında yoxlama həyata keçirilib. Yoxlama zamanı məlum olub ki, “MDT Dental” İnzibati Xətalar Məcəlləsinin sanitariya-gigiyena və sanitarya-epidemioloji qaydalar əleyhinə olan 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Diş klinikası ilə bağlı işə 29 may tarixində Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman