MDB ÖLKƏLƏRİ, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN TULADA TOPLAŞDI

MDB ÖLKƏLƏRİ, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN TULADA TOPLAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi bildirib ki, MDB ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın nümayəndə heyətləri Tulaya toplaşıb.

Tribunainfo.az xəbər verir ki, Nümayəndə heyətlərinin başçıları qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələlərini müzakirə edəcəklər.

Qeyd olunur ki, 8 ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətlərinin rəhbərləri Birliyə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının sentyabrın 29-da keçiriləcək iclasında iştirak etmək üçün Tulaya gəliblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq. Dünyada yaranan hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Azərbaycanın müdafiə nazirliklərinin nümayəndə heyətləri Tulaya gəlib.