MDB-NİN QEYRİ-RƏSMİ SAMMİTİ BU TARİXDƏ KEÇİRİLƏCƏK

MDB-NİN QEYRİ-RƏSMİ SAMMİTİ BU TARİXDƏ KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 18-də Rusiyada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclası, dekabrın 26-da isə Birlik dövlətləri liderlərinin qeyri-rəsmi görüşü planlaşdırılır. Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, “Dekabrın 25-də Sankt-Peterburqda Aİİ-nin Ali Şurasının prezidentlər səviyyəsində iclasları, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü keçiriləcək”.

Lebedev bildirib ki, dekabrın 18-də Moskvada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclası keçiriləcək və Rusiyanın təşəbbüsü ilə baş tutacaq.