Fəvvarələr meydanında yerləşən ünvandakı “McDonald’s” əlilliyi olan insanlar, əsasən də təkərli araba istifadəçiləri üçün müyəssər deyil. Məkana giriş uyğunlaşdırılmayıb. Təkərli araba və uşaq arabaları ilə ora keçmək və çıxmaq çətin və təhlükəlidir.
Tribunainfo.az xəbər verir ki, bu barədə fiziki məhdudiyyətli gənc Orxan Adıgözəl yazıb. O bildirib ki, “McDonald’s” inkluzivliyi və müyəssərliyi təmin etməlidir:
“Siz beynəlxalq brendsiniz, müştərilərə ayrı-seçkilik qoymadan xidmət etmək siyasətiniz var. Azərbaycanda niyə bu prinsipə əməl edilmir? Əlilliyi olan şəxslərin müştəqil şəkildə məkana keçməsini təmin etməlisiniz”.