Bakıdakı “McDonalds” restoranlarından birində ölüm hadisəsi baş verib.
Bakıdakı “McDonalds” restoranlarından birində ölüm hadisəsi baş verib.
TİA.AZ-ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.T.Xoyski küçəsində yerləşən restoranında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Məmmədov “McDonalds”ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.