“McDonalds”dan xanım müştərinin çantası oğurlandıbackend

“McDonalds”dan xanım müştərinin çantası oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səbail rayonu, “Tarqovı” adlanan ərazidə yerləşən “McDonalds” restoranında oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, hadisə 4 aprel tarixində saat 17:00 radələrində baş verib.
Belə ki, müştərinin içərisində 200 manat pul, mağaza kartları, airpods (bazar qiyməti 100 manat), yaşadığı evin açarı, ətir (qiyməti 45 manat) və səhhəti ilə bağlı qəbul etdiyi 3 list dərman olan çanta oğurlanıb.
Oğurluğu törədən 1982-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Hümbət Cavadov (ad-soyad şərti) 5 aprel 2024-cü il tarixində saxlanılıb. Təqsirlndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə təqsirli bilinib və 25 gün müddətinə inzibati qaydada həbs edilib.