“McDonald’s”da epidemiya yayılır: Yoluxanların sayı 75-ə çatıbbackend

“McDonald’s”da epidemiya yayılır: Yoluxanların sayı 75-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s”ın “Quarter Pounder” burgerləri ilə əlaqəli bağırsaq çöpü (e.coli) bakteriyasının şiddətli epidemiyası ABŞ-nin 13 ştatına yayılıb.

Tribunainfo.az “USA Today”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumat yayıb.

Bildirilib ki, zəhərlənməyə doğranmış soğan və ya mal əti köftələrinin səbəb olduğu ehtimal olunur.

“McDonald’s”a soğan tədarük edən “Taylor Farms” könüllü olaraq sarı soğanların verilməsini dayandırıb.

Burgerdən zəhərlənənlərin sayının artması fonunda araşdırma işləri davam edir.