“McDonald`s”da bir nəfər zəhərlənərək öldübackend

“McDonald`s”da bir nəfər zəhərlənərək öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da “McDonald’s” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

“Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7” ştammı ilə bağlı 49 hadisə qeydə alınıb”, – məlumatda deyilir.

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald’s”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.