“McDonald”s Azərbaycan” QSC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “McDonald”s Azərbaycan” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“McDonald”s Azərbaycan”la bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 12 avqust tarixində hakim Şəhla Süleymanovanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskiydir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul