“Mc Donalds”dan Azərbaycana qarşı növbəti hörmətsizlik – Bayrağımızı ASMADILARbackend

“Mc Donalds”dan Azərbaycana qarşı növbəti hörmətsizlik – Bayrağımızı ASMADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə fəaliyyət göstərən “Mc Donalds”ın əməkdaşlıq etdiyi ölkələrin bayraqları sırasında Azərbaycan bayrağına yer verməməsi etirazla qarşılanıb. 

Tribunainfo.az  xəbər verir ki, bu barədə tanınmış vəkil Səbuhi Axundov paylaşım edib.

O, “Mc Donalds”dan görüntüləri paylaşaraq belə deyib:

“Bu, Batumidəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsidir. Binasının arxasından “Mc Donalds”a giriş var. Üst hissə “Mc Donalds”n ikinci mərtəbəsidir. Gürcüstanın paytaxtında bütün ticarət mərkəzlərində fəaliyyət göstərən  “Mc Donalds” şəbəkəsinə məxsus obyektlərdə əməkdaşlıq etdikləri ölkələrin bayraqları asılıb. Yalnız Azərbaycan bayrağı yoxudur. Rəsmi şəxsi çox axtardım ki, niyəsini soruşum. Gürcülər çiyinlərini çəkdilər. Batumidə də eyni vəziyyəti görəndə aydın oldu ki, bu, düşünülmüş addımdır. Yaxşı olardı ki, “Mc Donalds” şəbəkəsinin bu hərəkətinə açıqlama alınsın. Azərbaycanla düşmənçilik səbəbi nədir? Bu qədər sərmayə yatırdığımız ölkədə bizə olan münasibəti anlamaqda çətinlik çəkirəm…”

 

Xatırlatma: “Mc Donalds” restoranlar şəbəkəsi 2020-ci ildə Vətən müharibəsi zamanı da anti-Azərbaycan addımı ilə gündəmə gəlmişdi.